Polşanın son kommunist lideri general Voytsex Yaruzelski 90 yaşında vəfat edib.
Oxu.Az Polşa mətbuatına istinadən xəbər verir ki, 2011-ci ildən o, limfatik toxumalarının onkoloji xəstəliyindən əziyyət çəkirdi.
Son həftələrini Yaruzelski Varşavada Hərbi-Tibbi institutun neyroloji şöbəsində həkimlərin nəzarəti altında olub.
İki həftə bundan əvvəl Yaruzelski insult keçirib.
General Yaruzelskinin adı tarixə 1981-ci ilin dekabr ayında ölkədə hərbi vəziyyətin elan edilməsilə düşüb.
Həmin dövrdə Polşada ölkənin gələcək prezidenti Lex Valensanın “Həmrəylik” hərəkatının populyarlığı və təsiri genişlənməkdə idi.
Hərbi vəziyyət elan etsə də, Yaruzelski ölkəsinin ərazisinə Sovet qoşunlarının yeridilməsi təklifini qəti sürətdə rədd etmişdi.