“Sony” yeni VAİO Fit noutbuklarını geri qaytarır, belə ki, bu notbuklarda istifadə edilən, “Panasonic” istehsalı olan batareyalar qızaraq yanğına səbəb ola bilər. Söhbət son aylarda dünya ölkələrində satılmış 26 000 cihazdan gedir.
Oxu.Az The Wall Street Journal-a istinadən bildirir ki, “Sony” şirkəti, Vaio Fit 11A modelini alanlardan onu işlətməməyə çağırır. Şirkət qeyd edib ki, artıq bir neçə dəfə qacetin yanğına səbəb olması halı baş verib. Birinci Yaponiyada 19 mart, ikinci Hon Konqda 8 aprel tarixində baş verib.
Riskə yol açan kompüterlər seriya nömrələrinə görə üzə çıxarılacaq, bundan sonra şirkət modellərin dəyişilməsi proqramına başlayacaq. Yaxın həftə ərzində “Sony” saytında keyfiyyətsiz noutbuk alan istifadəçilər üçün bütün informasiya veriləcək.
“Sony” şirkətində qeyd edilib ki, dünya ölkələrində 25 905 cihaz satılıb, alıcılardan üzr istənilib.
“Panasonic” şirkətindən keyfiyyətsiz batareyaların, başqa hansı elektron cihaz istifadəçilərinin alması barədə informasiya verməkdən boyun qaçıraraq bunun şirkət sirri olduğuna istinad etdilər.