Bakıda kafe yanıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən verilən məlumata görə, yanğın hadisəsi bu gün saat 05.00 radələrində Dənizkənarı Milli Parkda, Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Gülabi Vaqif oğlu Xəlilova məxsus ümumi sahəsi 78 kvadratmetr olan kafedə qeydə alınıb.
Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun Milli.Az-a verdiyi məlumata görə, Hökumət evi ilə üzbəüz “Sevgilim” kafesinin bir hissəsi yanıb.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Polisdən yanğının qısaqapanma nəticəsində qeydə alındığı bildirilib.
Yanğın nəticəsində xəsarət alan olmayıb.