“Levada-Mərkəz”in apardığı sorğuda iştirak edənlərin üçdə ikisi 2018-ci ildə keçiriləcək seçkilərdə Vladimir Putinin yenidən prezident seçilməsini arzu edirlər. Rusiyalıların, demək olar ki, yarısı baş nazir Dmitri Medvedevin istefasının lehinədirlər.
Sorğuda iştirak edənlərin 64%-i Putini yenidən prezident seçilməsini istəyirlər. 22% rusiyalı isə onun yerində başqa birini görmək istəyir. Yerdə qalan 14% isə bu suala cavab verməkdə çətinlik çəkib.
Vladimir Jirinovski, Genadi Züqanov, Sergey Şoyqu və Aleksey Navalnının prezident reytinqləri təxminən 5%-dir.
Sorğu 31 mart - 3 aprel tarixlərində Rusiyanın 48 regionunda, 137 yaşayış məntəqəsində, 18 və yuxarı yaş həddində olan 1600 nəfər arasında keçirilib.
N.О.
www.oxu.az