Marketdə sosial məsafəyə riayət etməyən yaşlı qadına xəsarət yetirilib.
REN TV xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskvada baş verib.
Sosial məsafəyə riayət olunması üçün mağazanın döşəməsində xüsusi işarələr çəkilsə də, yaşlı qadın qaydalara məhəl qoymayıb. Nəticədə, kassanın önündə satıcı ilə hesablaşmağa hazırlaşan kişi ilə mübahisə edib və aldığı zərbə nəticəsində müvazinətini itirərək yerə yıxılıb.
Ətrafda dayanan şəxslər yaşlı qadını ayağa qaldırıb. Fiziki güc tətbiq edən yaşlı kişi polislər tərəfindən saxlanılıb.