Böyük Vətən müharibəsi illərində Baltikyanıda Qırmızı ordunun sıralarında nasistlərə qarşı yalnız ruslar, latışlar, yəhudilər, azərbaycanlılar və qazaxlar deyil, eləcə də amerikalılar mübarizə aparırdı! Onlardan biri kiçik leytenant Con Perri 56-cı atıcı diviziyanın 37-ci atıcı alayının bölük komandiri Tukums şəhəri yaxınlığında nasistlərə qarşı mübarizədə ölüb.
Oxu.Az xəbər verir ki, 1942-ci ilin yazında onun böyük qardaşları Qırmızı ordu əsgəri Vilyam Mayk Leninqradın müdafiəsində həlak olub. Valideynləri və kiçik qardaşı – Leninqradda acından ölüblər.
Con Perri 1945-ci ilin fevral ayının 19-da döyüşdə həlak olub. Müharibədən sonra onun qalıqları Latviyanın Spirqus kəndində memorialda dəfn edilib. (Spigrus): http://voin.russkie.org.lv/spirgus.php.
“Memorial yaxşı vəziyyətdədir. Amma bir neçə il bundan öncə vandallar divarların birində “okupanti” (“işğalçılar”) sözünü yazıblar. Vandallar bu sözün məhz amerikalı Con Perrinin əbədiyyətə qovuşduğu divarda yazdıqlarını bilmirdilər.
Mən ABŞ-ın Latviyadakı səfirliyinə, bu qırmızı ordu əsgəri olan amerikalı haqqında məktub yazdım. Maraqlıdır 9 May qələbə günü amerikalı diplomatlar öz həmvətənləri olan Qırmızı ordu əsgərinin xatirəsini yad etmək üçün Spirqusa gələcəklərmi?”, - tədqiqatçı A.Rjavin Vkontaktedə yazıb.
Memorial haqqında reportajı Aleksandr Rjavin YouTube hesabında yerləşdirib.
A.M.
www.oxu.az