Rusiyanın müdafiə naziri Sergey Şoyqu NATO-nun keçmiş SSRİ və Şərqi Avropa ərazisindəki addımlarını tənqid edib.
Bu barədə Oxu.Az RİA Novosti-yə istinadla xəbər verir.
“Alyans Rusiya ilə əməkdaşlığa yönələn ötən illərin təbliğat fəaliyyətini kənara qoyub. NATO ölkələri Şərqi Avropada hərbi potensialını davamlı olaraq artıraraq fəal şəkildə geosiyasi məkanın zəbtinə can atır və beləliklə də Rusiya sərhədlərinə yaxınlaşır”, - nazir deyib.
Şoyqunun sözlərinə görə, NATO-nun antirusiya fəaliyyətinin sübutu Alyansın təlimlərinin coğrafi məkanıdır.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bəyan edib ki, 2014-cü ildən başlayaraq NATO Rusiyanın sərhədlərində hərbi fəallığını əhəmiyyətli dərəcədə artırıb.
www.oxu.az