Rusiyanın Plesesk kosmodromundan qalxan “Soyuz-2.1b” raket daşıyıcısı buraxılışdan dərhal sonra ildırıma tuş gəlib.
Bu barədə TASS xəbər yayıb.
“Uçuş zamanı müqavimət sipəri, daha sonra isə daşıyıcı raketin üçüncü pilləsini ildırım vurub. Bu,raket göyərtəsindən yerüstü idaretmə məntəqəsinə göndərilən telemetriya məlumatlarında da öz əksini tapır”, - deyə mənbənin agentliyə verdiyi açıqlamada bildirilir.
Onun sözlərinə görə insident daşıyıcının işinə hər hansı təsir göstərməyib. Bütün texnika plan üzrə işləyib və peyk orbitə nəzərdə tutulan vaxt kəsiyində çatıb.
Поздравляем командование Космических войск, боевой расчёт космодрома Плесецк, коллективы РКЦ "Прогресс" (Самара), НПО имени С.А.Лавочкина (Химки) и ИСС имени академика М.Ф.Решетнёва (Железногорск) с успешным запуском КА ГЛОНАСС!
— Дмитрий Рогозин (@Rogozin) 27 May 2019
Молния вам не помеха pic.twitter.com/1cmlZ4hD1g