Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

"Spiegel": "Aİ-dəki fikir ayrılıqları Rusiyaya qarşı sanksiyalara əngəllər yaradır"
Rusiyaya qarşı sanksiyaların 18-ci paketinin səmərəli işləməsinə iki əngəl var: bunlardan birincisi ABŞ Prezidenti Donald Trampın siyasəti, ikincisi Avropa İttifaqının özündəki fikir ayrılıqlarıdır.
Oxu.Az xəbər verir ki, bu barədə "Spiegel" qəzeti yazıb.
Yazıda bildirilir ki, Rusiyaya sanksiyaların köməyi ilə təzyiq göstərilməsinə ABŞ Prezidenti Donald Trampın siyasəti və Avropa İttifaqında yekdilliyin olmaması mane olur.
Qeyd edək ki, mayın 20-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı sanksiyaların 17-ci paketini bəyənib. Lakin bir ay keçməmiş sanksiyaların 18-ci paketinin hazırlanması barəsində məlumat yayılıb. Avropa Komissiyasının başçısı Ursula fon der Lyayen bu dəfə "Böyük yeddilik" ölkələrinə Rusiyanın bir barel xam nefti üçün qiymətin 60 dollardan 45 dollara qədər azaldılmasını təklif edib. Üstəlik, Rusiyanın "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərindən istifadənin qadağan edilməsi imkanları nəzərdən keçirilib.
"Rusiyaya qarşı sanksiyalar" teqi üzrə xəbərlər
- Sanksiyalar, yoxsa rahatlıq? - Aİ-nin Rusiyadan idxal etdiyi neft və qazın həcmi açıqlandı
- Trampın nümayəndəsi: "Rusiyaya qarşı yeni sanksiyalar hazırdır"
- ABŞ Rusiyaya qarşı yeni sanksiyalar hazırlayıb
- Rusiya Rubio ilə Trampı qarşı-qarşıya qoyub?
- Fransada Avropa İttifaqının sənayesinin tezliklə məhv olacağı proqnozlaşdırılır