Şri-Lanka baş naziri Ranil Vikramasinqhe ölkənin kilsələrində və otellərində baş vermiş partlayışları pisləyib.
O özünün Twitter səhifəsində yazaraq baş verənləri qorxaq hücum adlandırıb.
“Bütün əhalini bu faciəvi anda güclü və birlikdə olmağa çağırıram”, - deyə baş nazir vurğulayıb.
O həmçinin yoxlanılmamış məlumatları yaymamağa çağırıb.
Qeyd edək ki, partlayışlar nəticəsində 160 nəfər ölüb, 360 nəfər yaralanıb. Şri-Lanka hökuməti baş verənlərlə bağlı təcili iclas çağırıb.