Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ştaynmayer Almaniya Parlamentinin buraxılma tarixini açıqladı
Almaniya prezidenti Frank-Valter Ştaynmayer parlamentin buraxılması barədə qərarı dekabrın 27-də qəbul etmək niyyətindədir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə dövlət başçısının dəftərxanasının nümayəndəsi Kerstin Gammelin "X" sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.
Bildirilib ki, Ştaynmayer son bir neçə gün ərzində parlament fraksiyalarının sədrləri ilə danışıqlar aparıb və Almaniya hökuməti üçün sabit çoxluğun yaradılması perspektivlərinin olmadığına əmin olub.
"Mən əsas qanunun 68-ci maddəsinə uyğun olaraq 27 dekabr 2024-cü il tarixində Bundestaqın buraxılması barədə qərar qəbul etmək niyyətindəyəm", - deyə Gammelin Ştaynmayerin sözlərini sitat gətirib.
Xatırladaq ki, dekabrın 16-da Almaniya parlamenti (Bundestaq) Olaf Şoltsun nazirlər kabinetinə etimadsızlıq göstərilməsinə səs verib. Əgər səsvermənin nəticələrini Almaniya prezidenti Frank-Valter Ştaynmayer təsdiq edərsə, ölkədə növbədənkənar parlament seçkisi keçiriləcək. Seçki fevralın 23-nə təyin ediləcək. Şolts bu hadisələrin fonunda Frank-Valter Ştaynmayerə Almaniya parlamentini buraxmağı təklif edib.
"Almaniya" teqi üzrə xəbərlər
- Tramp: "Almaniya və ABŞ üçün böyük gündür"
- Almaniyanın xarici işlər naziri: "Keçmişdə seksual hərəkətlərə məruz qalmışam"
- İŞİD yeni veb-sayt yaradıb
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- Qorbaçovun nəvələrinin lüks həyatları: Rok, "Zelensky" arağının satışı, Ukraynaya pul köçürmələri...