Almaniya XİN-in sabiq rəhbəri Frank-Valter Ştaynmayer, çox güman ki, birinci turda Federal iclasda səs çoxluğuna sahib olan iqtidar koalisiyası tərəfindən Almaniya prezidenti seçiləcək.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Keçən ilin iyun ayında ölkənin hazırkı prezidenti Yoahim Qauk növbəti müddət üçün namizədliyini irəli sürmək istəmədiyini bəyan etmişdi, qərarını isə yaşı ilə əlaqədar olduğunu bildirmişdi. Qauk 1940-cı ildə anadan olub. Siyasətçi martın 17-nə qədər prezident olacaq.
Hazırda Ştaynmayer prezident postuna əsas namizəd hesab edilir. Fevralın 12-də keçiriləcək Federal iclas 630 deputatdan və 630 federal torpaq nümayəndələrindən ibarətdir – ümumilikdə 1,26 min nəfər. Seçkilər üçün 631 səs yetərlidir.
N.O.
www.oxu.az