Almaniyanın Xarici işlər naziri Frank-Valter Ştaynmayer 3-7 gün müddətinə Suriya üzərində uçuşların qadağan zonasının yaradılmasına çağırıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
“Əgər atəşkəs üçün şans varsa, o da müvəqqəti deyil. Suriya üzərində ən azı 3-7 gün müddətinə, ümumiyyətlə, hərbi uçuşlara qadağa qoymaqla mümkündür”, - diplomat bəyan edib.
Onun sözlərinə görə, hazırda Suriyada vəziyyət “uçurumun kənarındadır”.
Daha öncə Almaniya hakimiyyətinin Suriyada humanitar yardım karvanının bombalandığını təsdiqləyən məlumatın olmadığı məlum olub.
N.O.
www.oxu.az