“Sentyabrda valyuta hərracında 612 milyona yaxın dollar satılıb ki, bu da yanvardan sonra ən yüksək göstəricidir”.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Samir Əliyev deyib.
“Yanvar ayında satılan dolların həcmi 1 milyardan çox olsa da, sonralar azalma müşahidə edilib. Ən az satış aprel ayında olub – 263 milyon dollar.
2016-cı ildə ümumilikdə valyuta hərracı vasitəsilə 4,6 milyard dollar satılıb. Bunun təxminən 3,8 milyard dolları Neft Fondu, 833 milyon dolları Mərkəzi Bank tərəfindən satılıb.
Mərkəzi Bank hətta aprel-may aylarında 200 milyon dollardan çox alış da edib”, - deyə iqtisadçı bildirib.
12:24
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 100 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb.
Fonddan Oxu.Az-a verilən məlumata görə, bu vəsaitdən 61,4 milyon dollar 19 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
Qeyd edək ki, sentyabrın 20-də Dövlət Neft Fondu tərəfindən 100 milyon dollar satışa çıxarılmışdı. Bu vəsaitdən 72,4 milyon dollar məbləğində vəsait 20 banka satılmışdı. Həmin gün Azərbaycan Mərkəzi Bankı isə hərraca 50 milyon dollar çıxarmış, amma bankın hərraca çıxardığı vəsaitdən satılmamışdı.
U.A.
www.oxu.az