Bu gün keçirilmiş növbəti valyuta hərracında Azərbaycan Mərkəzi Bankı (AMB) da iştirak edib.
Oxu.Az-a bankdan verilən məlumata görə, AMB hərraca 50 milyon dollar çıxarıb.
Bankdan qeyd edilib ki, hərracda AMB-nin hərraca çıxardığı vəsaitdən satılmayıb.
Qeyd edək ki, bu gün Dövlət Neft Fondu tərəfindən 100 milyon dollar və AMB tərəfindən 50 milyon dollar olmaqla ümumilikdə 150 milyon dollar məbləğində vəsait satışa çıxarılıb.
12:57
Bu gün Dövlət Neft Fondu (SOFAZ) tərəfindən 100 milyon dollar məbləğində vəsait hərraca çıxarılıb.
Oxu.Az-a Fonddan verilən məlumata görə, bu vəsaitdən 72,4 milyon dollar məbləğində vəsait 20 banka satılıb.
İl ərzində SOFAZ tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.
U.A.
www.oxu.az