Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Stiven Hokinqin sözləri düz çıxdı?
Stiven Hokinq 8 yanvar 1942-ci ildə İngiltərənin Oksford şəhərində Frank və İzabel Eylin Hokinq ailəsində dünyaya gəlib.
Məktəb illərində Stiven əlaçı deyildi, hətta səlis oxumağı yalnız 8 yaşında öyrənmişdi. Bununla belə, dəqiq elmlərə xüsusi maraq göstərirdi. Çox aktiv həyat tərzi yaşayan və Oksford Universiteti Kollecinə daxil olan 17 yaşlı gənc həmçinin avarçəkmə klubunun üzvü olur.
Yeni il şənliklərindən birində Stiven Ceyn Uayld adlı qızla tanış olur. 1963-cü ildə özünü xoşbəxt hiss etdiyi bir vaxtda səhhətində problemlər yaranmağa başlayır. Tez-tez yıxılan və daim yorğunluq hiss edən Stiven həkimə müraciət edir və ona yan amiotrofik skleroz diaqnozu qoyulur.
Bu, tədricən əzaların hərəkətinə cavabdeh olan neyronları məhv edən, tənəffüs orqanlarına çatdıqda tam iflic və ölümə səbəb ola bilən xəstəlik idi. Həkimlər ona cəmi 2-3 il ömrü qaldığını bildirdikdə Stiven xəstəliyin onun zehninə təsir edib-etməyəcəyini soruşur. Cavab isə belə olur:
"Beyinə təsiri yoxdur, ömrünüzün sonuna qədər aydın düşüncədə qalacaqsınız". Bu xəbər gənc alimə ağır təsir edir, o, depressiyaya düşərək elmi işini yarımçıq qoyur. Lakin xəstəxanada leykemiyadan əziyyət çəkən və son günlərini yaşayan bir uşağı görəndə Stiv öz xəstəliyinin son olmadığını anlayaraq mübarizəyə qərar verir. Sevgilisi Ceyn Stivin xəstəliyinə baxmayaraq, onunla nişanlanır. Cütlük 1965-ci ildə evlənir və üç övladı dünyaya gəlir. Stiv yaşamağa davam edir, lakin proqressivləşən xəstəliyi səbəbindən o, əvvəlcə əsa, sonra isə əlil arabası ilə hərəkət etməyə məcbur olur.
Buna baxmayaraq, Hokinq Kembric Universitetində dərs deməyə və kosmik qara dəliklər üzərində elmi araşdırmalar aparmağa davam edir. Stiven Hokinq riyaziyyatçı Rocer Penrоuzun uzun qara dəliklərdə güclü cazibə qüvvəsi və zamanın dayandığı sinqulyar nöqtənin mövcudluğu fərziyyəsini təkmilləşdirir.
Nəzəriyyəyə görə, kainat bu sinqulyar nöqtənin partlaması və genişlənməsi nəticəsində yaranıb. 1970-ci ildə R.Penrоuz ilə birlikdə bu fərziyyəni təsdiqləyən Hokinq "Böyük Partlayış" nəzəriyyəsinin inkişafında mühüm rol oynayır. Bütün məhdudiyyətlərə baxmayaraq, Hokinq müxtəlif ölkələrdə mühazirələrlə çıxış edir. O, qara dəliklərin buxarlanması və fəzaya şüalar yayması ilə bağlı irəli sürdüyü fərziyyənin sonradan təsdiqləndiyini görür.
2019-cu ildə isə qara dəliyin və onun parıltısının ilk dəfə fotoşəkili çəkilir. Stiven Hokinq 14 mart 2018-ci ildə 76 yaşında vəfat edir. Onun dəfn mərasimində elm və incəsənət xadimləri iştirak edirlər. Qəbir daşının üzərindəki yazıda "Burada Stiven Hokinqin ölümü yatır" və onun ən məşhur tənliyi həkk olunur.
Ətraflı Baku TV-nin süjetində:

"Baku TV" teqi üzrə xəbərlər
- Sahibsiz itlər məktəbin həyətində məskən salıb: Uşaqlar təhlükədə
- Hərb tarixində İLK: Satılan silah-sursat təyyarə ilə sifarişçiyə necə çatdırılacaq?
- Azərbaycanlı influenserlər ayda 20-30 min manatı necə qazanırlar?
- Şəmkirli babadan ailə münasibətləri ilə bağlı nəsihət
- Putinin Ukraynanın "Silahlar sussun!" təklifinə cavabı nə olacaq?