Stress çarxı “Fidget Spinner” oyuncağı autizm və hiperaktivlik və diqqət çatışmazlığı sindromundan əziyyət çəkən uşaqlar üçün hazırlansa da, son zamanlar Britaniya məktəblərində ən populyar oyuncağa çevrilib.
Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir.
Oyuncaq uşaqlara stressin öhdəsindən gəlməyə yardım edir, amma bir çox məktəblərdə o artıq qadağan edilib.
Oyuncağın populyarlığı digər ölkələrdə də müşahidə edilir.
N.О.
www.oxu.az