Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) uşaq və gənclər arasında populyarlıq qazanmış spinner və ya “stress çarxı” adlanan oyuncağın sağlamlıq üçün təhlükəsizliyini araşdıracaq.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, bu yoxlama valideynlər və müəllimlərin təşvişindən irəli gəlib.
“Rospotrebnadzor”un saytında dərc edilən məlumata görə, qurum uşaq və gənclərin sağlamlığı sahəsində çalışan elmi-araşdırma təşkilatları ilə birgə spinnerlərin insan orqanizminə mümkün mənfi təsirləri ilə bağlı yoxlama aparacaq.
Mütəxəssislər həmçinin valideynlərə oyuncaq alarkən, xüsusilə də onu əldə edərkən diqqətli olmağı məsləhət görürlər. Spinner istifadə olunarkən kənar səslərə və oyuncaqdan gələn kimyəvi qoxuya da xüsusi diqqət ayırmaq lazımdır. Bu, onun keyfiyyətsiz olmasından xəbər verir. Həmçinin spinnerin mütəmadi olaraq qırılmış hissələrinin yoxlanılması da məsləhət görülür.
S.S.
www.oxu.az