Ukraynada müharibə davam edir.
Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Kaxovka Su Elektrik Stansiyasının partladılması Xersonla yanaşı, Ukraynanın digər cənub vilayətlərində də kritik vəziyyət yaradıb.
“Dnepr çayının sağ sahilində olan qəsəbə tamamilə suyun altında qalıb. Orada yerləşən çoxmərtəbəli binalarda yaşayan vətəndaşlar xilasetmə qrupları tərəfindən binadan çıxarılırlar”, - deyə jurnalist əlavə edib.
Daha ətraflı süjetdə:
Su altında qalan Kaxovkada son vəziyyət necədir? - VİDEO
Rəylər