Çində suda əylənən əmiqızılarını videoya çəkməyə çalışan gənc qız, özü də fərqinə varmadan qohumlarının ölümünü kameraya həkk edib.
Oxu.Az xarici mətbuata istinadla xəbər verir ki, suda bir-birilə zarafatlaşan iki qız, çox keçmədən gözdən itir. Yaşananları lentə alan digər gənc qız isə, əvvəlcə olanları pis bir zarafat kimi anlayır. Çox keçmədən acı hadisənin fərqinə varan gənc qız, iki əmiqızının boğulmasına mane ola bilmir.
Suda əylənən əmiqızılar boğularaq dünyasını dəyişir.
Aytən Sadıqzadə
www.oxu.az