İraq Şam İslam Dövlətinin yeni dəhşətli edam görüntüləri yayılıb. Terrorçular törətdiyi cinayətlərə demək olar ki, hər gün birini əlavə edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD-ə tabe olmadıqları üçün terrorçular onları küçənin ortasında bir-bir güllələyir.
Daha sonra digər terrorçular öldürülənlərin meyidini atəşə tutur.
Sizə təqdim etdiyimiz fotoşəkillər videodan çıxarılıb.