Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sudanda üsyan qaldıran xüsusi təyinatlıların komandiri qaçıb
Sudan Çevik Reaksiya Qüvvələrinin (Xüsusi Təyinatlı Qüvvələr) komandiri Məhəmməd Hamdan Daqalo Həmidti mühafizəçiləri fərarilik etdikdən sonra gizləndiyi yeri tərk edib.
Bu barədə respublika ordusundan məlumat verilib.
Eyni zamanda, Həmidtinin qaçması ilə bağlı dəlillər və hadisənin detalları barədə məlumat verilmir.
Hələlik xüsusi təyinatlılardan heç bir şərh gəlməyib.
Xatırladaq ki, Sudanda ordu ilə xüsusi təyinatlılar arasında silahlı toqquşmalar olub. Ölkə hakimiyyəti sonuncuları üsyançılar adlandırıb. Qarşıdurmalar zamanı 56 nəfər ölüb, 595 nəfər yaralanıb.
Mənbə: life.ru
Ən çox oxunanlar
Rəylər