Koma vəziyyətində olan tanınmış alman avto yürüyüşçü Mixail Şumaxer gözlərini açır.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Mirror” qəzeti məlumat yayıb.
Bundan əvvəl idmançının meneceri Sabina Kem bildirmişdi ki, Şumaxerdə artıq həyat əlamətləri var.
Qeyd edək ki, ötən ilin dekabr ayında pilot Fransanın Meribele dağ-turizm kompleksində yıxılaraq beynindən zədə alıb. Həmin vaxtdan bəri yürüyüşçü koma vəziyyətindədir.