Dağ-xizək kurortunda yıxıldıqdan sonra iki həftədir ki, koma vəziyyətində olan Mixael Şumaxer sən demə hələ 2010-cu ildə 1 milyard avroluq vəsiyyət yazıb.
Oxu.Az R-Sport-a istinadən xəbər verir ki, bu barədə Argentinanın OLE mətbu orqanı xəbər verir.
Jurnalistlərin məlumatına görə, Mixaelin hesablarında olan bütün daşınmaz əmlak və pullar onun həyat yoldaşı və uşaqları – oğlu Miklə qızı Cin Mariya arasında bərabər bölünəcək. Tanınmış idmançı 2009-cu ildə Kartaxenada qəza keçirdikdən sonra vəsiyyəti yazmaq qərarına gəlib.
Qeyd edək ki, həkimlər bir neçə gündür Şumaxerin vəziyyəti barədə heç bir bəyanat vermirlər. İlin əvvəlində onun səhhəti sabit, lakin kritik qiymətləndirilirdi.