Avtomobil yarışlarının əfsanəvi çempionu Mixail Şumaxerin komadan ayılaraq həyat yoldaşını tanıması xəbəri yalan oldu, bu şayiə İspaniyadan yayılıb.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, bu barədə “Formula-1” şərhçisi Nikola Pol alman nəşri Bild-də danışıb.
Alman KİV-də Mixail Şumaxerin ayılması barədə heç bir məlumat yoxdur, rusdilli mənbənin RTL kanalına istinad etdiyi məlumat isə saytdan silinib, çempionun meneceri Sabina Kem isə 13 apreldən sonra heç bir TV kanalda çıxış etməyib.
Mixail Şumaxer 2013-cü ilin dekabrında Fransada başından aldığı zədədən sonra komaya düşüb.
Zərərçəkən iki dəfə neyrocərrahlar tərəfindən əməliyyat edilib.
Hal-hazırda həkimlər onu tədricən komadan ayıltmağa çalışırlar.