Yeddiqat dünya çempionu Mixael Şumaxerin meneceri Sabina kem RTL telekanalının efirində, alman idmançısının səhhətinin yaxşılığa doğru dəyişdiyini deyir.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, Şumaxer komadan ayılıb və artıq həyat yoldaşını tanıyıb.
O, komadan medikomentaz ayılma prosesini çətin keçirir, hələlik onun orqanizmi çox zəifdir, bu səbəbdən müəyyən müddət ayılır, sonra yenə yuxuya gedir.
Kem əlavə edib ki, bundan artıq heç bir məlumat verə bilməz. Belə ki, Şumaxerin özəl həyatına hörmət edir. Xəstəxanadan çıxdıqdan sonra isə ümumiyyətlə, şərh verməyəcək, belə ki, idmançı özü mətbuatla əlaqə saxlaya biləcək.
Xatırladaq ki, M.Şumaxer 2013-cü ilin dekabrın 29-da xizəklə sürüşərkən özünü saxlaya bilməyərək qarşısına çıxan qaya parçasına dəyərək ciddi yaralanıb və artıq 95 gün idi ki, komada idi.
www.oxu.az