Kür üzərində yeni körpü Salyan şəhərində olacaq, istifadəyə isə gələn ay veriləcək.
Oxu.Az Novosti.az-a istinadən xəbər verir ki, Salyan şəhər İcra Hakimiyyətində bu informasiyanı təsdiqləyiblər.
Şəhərin mərkəzi küçələri mühüm hadisənin şərəfinə təntənəli şəkildə bəzədilib.
Bu dövlət əhəmiyyətli körpü “Babazanan” yaşayış məntəqəsi ilə şəhər mərkəzi arasındakı məsafəni dəfələrlə qısaldacaq.
Tikinti prezident İlham Əliyevin sərəncamı ilə keçən ilin payızında başlayıb. Bu körpünün tikintisinə 1 milyon manat ayrılıb.
Körpünün uzunluğu 216 metr, eni 14,5 metrdir. Körpü yalnız nəqliyyat deyil, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulub. Körpünün piyadalar üçün nəzərdə tutulmuş hissəsi hər tərəfdən 1,5 metr enindədir.
Podratçı Səyadulla Manafovun sözlərinə görə, körpü respublikanın ərazisinə gətirilən istənilən ağırlıqda yükə tab gətirə bilər.
2013-cü ilin sentyabr ayında Azərbaycan prezidenti İlham Əliyev “Salyan rayon yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması üçün əlavə tədbirlər barədə” sərəncam imzalayıb. AR prezidenti 2013-cü il üçün öz ehtiyat fondundan 2 milyon manat: 1 milyon manat Kür çayı üzərində körpünün tikintisi və 1 milyon manat Salyan-Şirvan yolunun rekonstruksiyası üçün ayrılıb.