Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Suriya həbsxanalarında istifadə edilən işgəncə alətləri
Suriyada süqut edən Bəşər Əsəd rejiminin Siyasi Təhlükəsizlik Xidmətinin Hələbdəki idarəsində işgəncə üçün istifadə edilən vasitələrin görüntülərini üzə çəkib.
Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Xəbər agentliyinin paylaşdığı görüntülərdə idarə qapılarında məhbusların adları həkk olunmuş çoxsaylı kameralar və işgəncə alətləri insanları dəhşətə gətirib.
Müxbirlər təkadamlıq kameralarda tavandan asılan zəncir qandallar, qamçılar və göz üçün yapışdırıcı lentlər tapıblar.
Eyni zamanda, onlar mühafizəçilərin istifadə etdiyi sənəd qeydiyyat otaqlarında qadınların da olduğu bir çox insanın biometrik fotoşəkillərini də ortaya çıxarıblar. Videoda yemək və içki qalıqlarının olduğu da görünür. Bu isə yaxın müddətə qədər həmin yerdə bir çox insanın qaldığını sübut edir.
"Suriya" teqi üzrə xəbərlər
- Ərdoğan: "Türkiyə terror təşkilatları ilə mübarizədə Suriyaya dəstək verməyə hazırdır"
- Suriyanın keçmiş daxili işlər naziri yeni hökumətə təslim olub
- Əş-Şaraa dövrünün ən qanlı hücumu: Mənbic döyüş zonasına çevrildi
- Mətbuatda ilk dəfə Əhməd əş-Şaraanının xanımın görüntüsü yayımlanıb
- İran rəsmisi: "Suriya ilə heç bir təmas olmayıb"
Rəylər