Suriyanın Baş Kəşfiyyat Xidməti Əbu Əl-Haris Əl-İraqi ləqəbi ilə tanınan İŞİD liderlərindən birini həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyinə kəşfiyyat xidmətindəki mənbələr məlumat verib.
Qeyd olunur ki, Əl-İraqi terror aktlarının hazırlanmasına da cavabdeh olub.
O, Dəməşqin cənubundakı Seyyid Zeynəb məscidində hüquq mühafizə orqanları tərəfindən qarşısı alınan partlayış cəhdinin təşkilatçılarından biri olub.