Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Suriya lideri türk xalqına təşəkkür etdi: "Bu qələbə yalnız bizim deyil"
"13 illik çətin mübarizənin ardından Suriya xalqı üçün yeni bir dövr başlayıb. Bu qələbə yalnız Suriya xalqının deyil, türk xalqının da qələbəsidir".
Oxu.Az xəbər verir ki, bunu Əsəd rejiminə son qoyan qüvvələrin lideri Əbu Məhəmməd əl-Culani "Yeni Şəfəq" qəzetinə müsahibəsində deyib.
Culani qələbənin asan əldə olunmadığını, unikal hərbi taktikaların tətbiq edildiyini deyib.
O, suriyalı qaçqınlara dəstək olan Türkiyəyə minnətdarlığını ifadə edərək, iki ölkə arasında strateji əlaqələrin inkişaf edəcəyini vurğulayıb.
Yeni hökumətin prioritetlərinin sabitlik, iqtisadi inkişaf və qaçqınların geri qayıdışı olacağı bildirilib. Onun sözlərinə görə, Dəməşqin "inkişaf paytaxtı" kimi yenidən qurulması planlaşdırılır.
"Əbu Muhəmməd Əl-Culani" teqi üzrə xəbərlər
- Suriyada silahlı qruplaşmalar Müdafiə Nazirliyinə qoşulurlar
- ABŞ "Həyat Təhrir əş-Şam" liderinin həbsinə görə təyin edilən 10 milyon dollar mükafatı ləğv edib
- Suriya silahlı dəstələri bir strukturda birləşdiriləcək
- Ərdoğanın Suriyanın paytaxtı Dəməşqə edəcəyi səfərin PƏRDƏARXASI MƏQAMLARI
- Ərdoğan: "Suriyanı tək qoymayacağıq, Hakan Fidan tezliklə Suriyaya yollanacaq"