Suriya müxalifətinin “Suriya demokratik qüvvələri” (SDF) alyansına məxsus dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr - red.) Raqqa şəhərinə daxil olublar.
Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bunu alyansın nümayəndələrindən biri deyib.
O bildirib ki, hücum əməliyyatında ABŞ və tərəfdaşları xüsusi rol oynayıblar. Belə ki, koalisiyanın hərbi-hava qüvvələri İŞİD-in mövqelərinə zərbələr endirib, quru qoşunlar isə SDF döyüşçüləri ilə birgə döyüşüblər.
Suriya müxalifətinin dəstələri Raqqaya şərq istiqamətindən daxil olublar.
Qeyd edək ki, Raqqa 2013-cü ildə İŞİD-in nəzarətindədir. Şəhər terrorçuların qeyri-rəsmi paytaxtı sayılır.
A.M.