Suriyada beynəlxalq koalisiyanın aviazərbəsi nəticəsində bir ailənin 11 üzvü həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya dövlət televiziyasının yaydığı məlumatda deyilir.
Bildirilir ki, hadisə Deyr-ez-Zor əyalətində baş verib.
Təyyarədən atılan raket həmin ailənin yaşadığı evə düşüb.