Keçən həftənin cümə axşamı Suriyada Tiyas aerodromundan Homs istiqamətində hərəkət edən Suriya qoşunlarının karvanının tərkibində hərəkət edən avtomobilin partlayışı nəticəsində dörd rusiyalı hərbçi ölüb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“2017-ci ilin fevralın 16-da Suriya Ərəb Respublikasında Tiyas aerodromundan Homs istiqamətində hərəkət edən Suriya qoşunlarının karvanının tərkibində hərəkət edən avtomobilin partlayışı nəticəsində dörd rusiyalı hərbçi ölüb”, - məlumatda deyilir.
Ölən dörd nəfərdən başqa, daha iki nəfər yaralanıb. Rusiyalı hərbi həkimlər onların həyatı üçün mübarizə aparır.
N.O.
www.oxu.az