Suriyanın ən strateji əhəmiyyətli obyektlərdən sayılan “Əbu-əd-Zühur” hərbi hava bazası uğrunda döyüşlərdə eyni vaxtda bir neçə terrorçu qruplaşma, o cümlədən İŞİD və hökumət qüvvələri iştirak edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə terrorçuların fəaliyyətinin monitorinqini aparan “Directorate 4” Telegram kanalı “Amak” xəbər agentliyinə istinadən məlumat yayıb.
“Döyüşlər hamı-hamıya qarşı formatında gedəcək, bu, labüddür”. - deyə agentlik qeyd edir.