Əslən Azərbaycandan olan futbolçu Ayaz Quliyevin yeni klubu müəyyənləşib.
Oxu.Az xəbər verir ki, o, cari mövsümün sonunadək Rusiyanın “Rostov” klubunda icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın paytaxtı Moskvada doğulsa da, atası Azərbaycandandır. “Spartak”a məxsus olan futbolçu ötən ilin əvvəllərində “Anji”yə icarəyə verilib. Mahaçqala klubunda 23 matça bir qol vurmuş yarımmüdafiəçi cari mövsüm az oynadıldığı üçün komandasını dəyişməli olub.
21 yaşlı futbolçu 2015-ci ildə Rusiyanın 19 yaşadək millisi (U-19) ilə Avropa çempionatının gümüş medallarını qazanıb. O, 2013-cü ildə Rusiya U-17-si ilə dünya çempionatında iştirak edib. AFFA dəfələrlə Ayazı əsas millimizə gətirməyə çalışsa da, danışıqlar fayda vermir.
S.T.
www.oxu.az