Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Suriyada döyüşən mücahidlər üçün vəhhabi şeyxdən seks fitvası - Video
Vəhhabilərin tanınmış vaizi Məhəmməd Arif Suriyada döyüşən mücahidlərin seksual problemlərini həll etmək üçün xüsusi fitva verib.
Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, döyüşən mücahidlərin 2 ildən artıq qadın üzü görmədiklərini deyən vaiz bildirib ki, mücahidlər bir neçə saatlıq suriyalı qadınlarla nikaha girə bilərlər.
Fitvanın şərtlərinə görə, mücahidlər yalnız 14 yaşından yuxarı, ərindən boşanan və yaxud da dul qadınlarla ola bilərlər.
O qeyd edib ki, mücahidlərlə münasibətdə olan qadınlar cənnətə düşəcək. Fitva birmənalı qarşılanmayıb. Suriyalı alimlərin bildirdiyinə görə, bu fitva qadınlara qarşı təcavüzdür.