Komandanın məşq prosesinə rəhbərlik fiziki hazırlıq üzrə ispaniyalı məşqçi Ruben Selyesə tapşırılıb.
Oxu.Az Apasport.az-a istinadən xəbər verir ki, o, ərizəsini klub prezidenti Sadıq Sadıqova təqdim edib.
N.Süleymanovun istefa ərizəsi qəbul edilib və təcrübəli mütəxəssisə gələcək fəaliyyətində uğurlar arzulanıb. Çalışdırıcı bu gün komanda üzvləri ilə görüşüb və sağollaşıb.
N.Süleymanov istefası ilə bağlı klubun rəsmi saytına açıqlamasında bildirib ki, “Neftçi” son 3 mövsümün çempionudur və hədəf yenə birincilikdir:
“Mən isə hazırkı şəraitdə komandanı çempion edəcəyimi düşünmürəm. Ona görə də bu gün istefa ərizəmi klub prezidentinə təqdim etdim.
“Neftçi”də çalışdığım müddətdə işimə heç kim tərəfindən müdaxilə olmayıb və qısa müddətdə birgə işlədiyim bütün kollektivə təşəkkür edirəm. Klub prezidenti Sadıq Sadıqova minnətdarlığımı bildirirəm ki, mənim qərarımı anlayışla qarşıladı. Mənim üçün hər zaman doğma olan “Neftçi”yə gələcək oyunlarda uğurlar arzu edirəm”.
Qeyd edək ki, Nazim Süleymanovun istefasından sonra “Neftçi”nin yeni baş məşqçisi Böyükağa Hacıyev təyin olub.