Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Suriyada Cümə namazı zamanı FACİƏ: Ölənlərin və xəsarət alanların sayı AÇIQLANDI
Suriyanın paytaxtı Dəməşqdə yerləşən Əməvi məscidində Cümə namazı vaxtı baş verən izdihamda ilkin məlumata görə üç nəfər həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə Suriya KİV-i məlumat yayıb.
İzdiham nəticəsində beş nəfərin xəsarət aldığı bildirilir.
Hələlik məsciddə sıxlığın hansı səbəbdən baş verdiyi açıqlanmır.
Suriyanın paytaxtı Dəməşqdə yerləşən tarixi Əməvi məscidində Cümə namazı zamanı izdiham yaşanıb.
Oxu.Az bu barədə "Haber Global"a istinadən xəbər verir.
İzdiham nəticəsində bir neçə nəfərin həyatını itirdiyi, yaralıların olduğu bildirilib.
Məlumat üçün əlavə edək ki, Əməvi məscidi paytaxt Dəməşqin simvolu hesab edilir. Tarixi VII-VIII əsrə dayanan hazırkı məscid əvvəl xristianlar tərəfindən kilsə kimi istifadə edilib, islamın gəlməsindən sonra isə ərazisi artırılaraq islam dünyasının ən böyük məscidlərindən birinə çevrilib. Məscidin ərazisində dini kitablarda adı keçən dini xadimlərinin, həmçinin islam sərkərdələrinin məzarları yerləşir.
"Suriya" teqi üzrə xəbərlər
- SEPAH generalı Rusiyanı xəyanətdə ittiham etdi
- Məşhur nəşr məxfi sənədlər dərc etdi: Bəşər Əsədin həyat yoldaşı Britaniya kəşfiyyatına işləyib?
- İran Suriyadan əsas qüvvələrini çıxarıb
- Suriyada Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq uçuş hansı ölkəyə oldu?
- Suriya hökuməti rəsmi fotolarda Berbokun üzünü həqiqətən bağlayıb?
Rəylər