Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Zarafat üstündə dava düşdü, əlini bıçağa atdı
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərərvurmada təqsirləndirilən Nizami Əsədovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
Oxu.Az Pravda.az-a istinadla xəbər verir ki, hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə Nizami Əsədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 30 iyun 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, 2005-ci il təvəllüdlü Nizami Əsədov dostları ilə birgə parkda olarkən zərərçəkmiş Mayıl Quliyevlə mübahisə edib. Mübahisəyə isə dostlarının zərərçəkmişlə zarafat etməsi səbəb olub. Bu zaman Mayıl yumruqla onun sifət, boyun və qarın nahiyələrindən vurub. Sonra Nizami bıçaqla zərərçəkmiş şəxsin bədəninin müxtəlif nahiyələrindən üç dəfə zərbə endirərək ona xəsarət yetirib.
Hadisədən sonra Nizami Əsədov saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.
Rəylər