Fevralın 3-də Suriyanın İdlib vilayətində həlak olmuş rusiyalı hərbi pilot Roman Filipovun nəşi Moskva kənarında yerləşən Çkalov aerodromuna aparılıb.
Oxu.Az RBK-ya istinadən məlumat verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Hərbçinin nəşi ilə yanaşı, vurulmuş hərbi təyyarənin dağıntılarının bir hissəsi çatdırılıb”, – agentliyin əməkdaşı bildirib.
Rusiya Müdafiə Nazirliyi, Rusiya hərbi kəşfiyyatı türkiyəli həmkarlarının əməkdaşlığı ilə fevralın 3-də Suriyada qəhrəmancasına həlak olmuş hərbi pilot, mayor Roman Filipovun nəşini Rusiya Federasiyasına qaytardığı ilə bağlı xəbəri təsdiqləyib.