İranın İslam İnqilabı Mühafizəçiləri Korpusunun generalı Muhamməd Əliulla Daadi İsrailin Suriya ərazisində HHQ-nin hücumu zamanı qətlə yetirilib. Bu barədə Reuters bildirib.
Bəzi məlumatlara görə, onunla bərabər 4-dən 6-ya qədər “Hizbullah” - Livanın şiə təşkilatının nümayəndələri həlak olub. Ölənlər arasında “Hizbullah”ın keçmiş xüsusi xidmətlər rəisi İmad Muqniyanın 25 yaşlı oğlu Cihad Muqniya (Jihad Moughniyah) həlak olub.
Oxu.Az bu barədə Lenta-ya istinadən xəbər verir.
Agentliyin məlumatına əsasən, Daadi və Muqniyanın olduğu avtomobil Suriyanın qərbində Holan yüksəklikləri rayonunda, El-Kuneytra şəhərində İsrail tərəfindən aviazərbələrə məruz qalıb.
İmad Muqniya 2008-ci ildə həlak olub. Buna görə Livan qruplaşması məsuliyyəti İsrailin üzərinə qoyub.
Holan yüksəklikləri Yaxın Şərqdə mübahisəli ərazilərdəndir. İsrail onu 1967-ci ildə Suriyaya qarşı apardığı altı günlük müharibə zamanı işğal edib. Dəməşq yüksəkliyi Suriyanın ərazisi hesab edilir.