Suriya rejimi İdlib vilayətində müxaliflərə qarşı kimyəvi silah tətbiq edib.
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, bunu İdlib Mülki Müdafiə Dəstəsinin üzvü Enes Barakat “Anadolu” agentliyinə açıqlamasında deyib.
O bildirib ki, Suriya ordusuna aid təyyarələr bu gün səhər saatlarında İdlibin cənubundakı Xan Şeyhun bölgəsinə hazırlanmasında zəhərli xlor qazından istifadə edilmiş bombalar atıb. Nəticədə ən azı 100 nəfər ölüb, 215 nəfər zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti uşaqlardır.
Qeyd edək ki, dünən gecə İdlibin El Habit bölgəsi də hücuma məruz qalıb. Nəticədə 20 mülki şəxs xlor qazından zəhərlənmə əlaməti ilə xəstəxanaya yerləşdirilib.
S.B.
www.oxu.az