Müxalif “Azad Suriya ordusu” YouTube sosial şəbəkəsində vurulmuş rusiyalı pilotları təxliyə etməyə çalışan Rusiya helikopterinə hücum videosunu yerləşdirib.
Oxu.Az xəbər verir ki, kadrlardan yaraqlıların helikopterə Amerika istehsalı olan “Tou” (BGM-71 Тоw) tank əleyhinə raket kompleksindən atəş açdıqları məlum olur.
Bununla yanaşı, məlum olur ki, helikopter yerdədir. Bu isə Su-24 bombardmançısının pilotlarını təxliyə etməyə çalışan helikopterin vurulması barədə xəbərləri bir daha təsdiqləyir.