İŞİD terror qruplaşmasının Suriya ordusunu minaatanlardan atəşə tutması nəticəsində Rusiya hərbi məsləhətçisi ölüb.
Oxu.Az-ın məlumatına görə, bu barədə RİA Novosti agentliyi RF Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Hadisə fevralın 1-də baş verib. “İŞİD terrorçularının hərbi qarnizonu minaatanlardan atəşə tutması nəticəsində Rusiya Federasiyasının zabiti ölümcül yaralanıb”, - hərbi qurumun məlumatında bildirilir.
Rusiya Müdafiə Nazirliyində qeyd ediblər ki, məsləhətçi Suriya hərbiçilərinə yeni silahların istifadə qaydalarını öyrədirdi. O, ölümündən sonra dövlət mükafatına layiq görülüb.