Suriyalı qiyamçılar Hələbin cənubunda yerləşən yaşayış məntəqəsi ərazisində hökumətinin qüvvələrinə məxsus “T-90A” tankını vurublar.
Oxu.Az xəbər verir ki, müvafiq video mayın 10-da YouTube kanallarının birində yerləşdirilib.
Kadrlardan göründüyü kimi, “Azad Suriya ordusu”nun döyüşçüsünün hərəkətdə olan “T-90” tankını “TOW-2” tank əleyhinə raket kompleksindən vurduğu əks edilib. Zədələnmiş tank daha sonra havadan çəkilib.