Rusiyanın Suriyadakı səfirliyinin ərazisinə iki mina düşüb, xəsarət alan yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə TASS-a diplomatik nümayəndəliyin birinci katibi Eldar Qurbanov bildirib.
“Bəli, səfirlik ərazisinə 2 mina düşüb, xəsarət alan yoxdur”, - deyə, diplomat bildirib.
O həmçinin çərşənbə axşamı səfirlik yaxınlığında mitinq keçirildiyini təsdiqləyib. Diplomatik nümayəndəlikdə mitinq iştirakçılarının atəşə tutulub-tutulmaması barədə məlumat yoxdur, Qurbanov deyib.