Suriyanın Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb.
Oxu.Az SANA agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba çıxış edib.
"Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı qruplaşmaların yaraqlıları qalmayıb, bütün şəhərdə qarşıdurmalar dayanıb", - əl-Baba vurğulayıb.