Suriyanın əs-Süveydə əyalətində baş verən silsilə terror aktları nəticəsində 150 nəfərdən çox insan dünyasını dəyişib.
Oxu.Az AFP-ə istinadla xəbər verir ki, partlayış əs-Süveydənin mərkəzi bazarında baş verib. Terror hücumunda 6 kamikadze iştirak edib. Daha sonra isə əl-Müsəlləh rayonunda da partlayış törədilib.
Eyni zamanda terror aktlarına görə məsuliyyəti üzərinə götürən İŞİD yaraqlıları əs-Süveydənin şərqində yerləşən bir neçə kəndə hücuma keçiblər.
Lakin hökumət qüvvələri və yerli sakinlərin müqavimətinə rast gələrək geri çəkilmək məcburiyyətində qalıblar. İyirmiyə yaxın terrorçu öldürülüb.