Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Suriyada toqquşmalar: Əsəd rejiminə qarşı çıxan qruplaşmalar 32 məntəqəni ələ keçirdilər
Suriyanın Hələb bölgəsində Bəşər Əsəd rejimi və ona qarşı çıxan "Heyət Təhrir əş-Şam" (HTŞ) qruplaşması arasında toqquşmalar baş verib.
Bu barədə Oxu.Az Sondakika.com-a istinadən xəbər verir.
Məlumata görə, qarşıdurmalar zamanı qruplaşma 32 yaşayış məntəqəsini ələ keçirib.
Səhər saatlarında başlayan qarşıdurmalar zamanı HTŞ-yə bağlı silahlı qruplar Əsəd rejiminin nəzarətində olan, Hələbin qərb hissəsindəki Akil təpəsi, Ər-Ragib təpəsi, Kuptan dağı, Debbabat təpəsi, Ancara qəsəbəsi, Basartun, Hur, Elkasimiyye, Acil, Bele, Sellum, Kefer Bissin, Şeyh Akil, Hırderkal, Acemi, Ürumsuğra, Üveycil kəndlərini və s. əraziləri tutublar.
Həmçinin 75 HTŞ silahlısının öldüyü bildirilib. Bölgədən qaçan 10 min dinc sakin isə İdlib çölünə sığınıb.
Qeyd edilib ki, "Heyət Təhrir əş-Şam" qruplaşmaları Hələb şəhər mərkəzinin 8 kilometr yaxınlığına qədər gəliblər. Toqquşmaların hələ də davam etdiyi bildirilir.
HTŞ-nin nəzarət altına aldığı bölgə 138 kvadrat kilometr ərazini əhatə edib.
Suriyanın Hələb əyalətində silahlılar hökumət qoşunlarına qarşı hücuma keçib.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verib.
Mənbə yazır ki, "Həyat Təhrir əş-Şam" (əvvəllər "Cəbhət ən-Nüsrə" adlandırılıb) qruplaşması Hələbin 13 kəndini ələ keçirib, həmçinin ətrafdakı strateji yüksəkliklərdə möhkəmlənib.
Bundan əlavə, Suriya ordusunun Hələb əyalətində yerləşən ən böyük hərbi bazasının da ələ keçirildiyi qeyd olunur.
"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Suriyada keçid dövrünün nə qədər davam edəcəyi açıqlandı
- "Haber Global"da Suriyada yaşanan son gərginlik təhlil edilib
- Suriyada silahlı qarşıdurmaları kimlər yaradır? - Günahkarlar açıqlandı
- Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
- Suriyada silahlı toqquşma: 50-dən çox ölən var