Amerikalılar pilotsuz uçuş aparatları vasitəsilə Xümsdəki neftayırma müəssisələrinə hücum ediblər.
“Rambler.ru” xəbər verir ki, bu sözləri Suriyanın Xarici İşlər naziri Vəlid əl Mualim deyib.
Onun sözlərinə görə, hücum 4 gün əvvəl həyata keçirilib.
“ABŞ ət-Tanfdakı qanunsuz hərbi bazasından istifadə edərək öz pilotsuz uçuş aparatlarını Xümsə göndərib və neftayırma infrastrukturuna aviazərbələr endirib”, - XİN rəhbəri bildirib.